"İnter Mayami"nin futbolçusu Lionel Messi Amerika Kubokundakı mübarizələri haqda danışıb.
"Unikal" xəbər verir ki, 37 yaşlı hücumçu insayder Fabrizio Romanoya açıqlamasında deyib: "Düşünürəm, biz favoritlərdən biriyik. Biz komanda olaraq böyümüşük və istənilən rəqiblə mübarizə aparmağı öyrənmişik. Amma, fikrimcə, elə komandalar var ki, onlarla çətin rəqabət aparmalı olacağıq. Onlar işimizi asan etməyəcəklər. Düşünürəm, digər rəqiblər bizə hörmətlə yanaşırlar, necə ki, biz onlara hörmət edirik".
Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 19 oyuna çıxaraq 20 qol vurub və 10 qolun ötürməsini edib.