Gürcüstanda parlament seçkiləri keçirilir. Bu il ölkədə ilk dəfə olaraq parlament seçkiləri tam proporsional qaydada keçirilir. Seçicilərə 3111 seçki məntəqəsi xidmət göstərir.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Qeyd olunub ki, 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. Gürcüstanda 2263 seçki məntəqəsində elektron texnologiyalardan istifadə edilməklə seçkilər keçiriləcək, qalan məntəqələrdə, eləcə də xaricdə səsvermə ənənəvi qaydada keçiriləcək.
Oktyabrın 26-da keçirilən seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. 3 milyon 113 min 747 seçici elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək.
Qeyd edək ki, bu seçkilərlə ölkə on birinci çağırış Parlamenti seçir.
Ağarza Elçinoğlu