UEFA Çempionlar Liqasında mövsümün 3-cü təsnifat mərhələsində “Reyncers” – Kiyev “Dinamo” matçında VAR-a təyinat alan hakimlər Bartoş Frankovski və Tomaş Musialla bağlı qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə UEFA Müşahidə, Etika və İntizam Şurası qərar qəbul edib. Qərara görə, hər iki hakim 2025-ci ilin iyun ayına qədər oyunlardan uzaqlaşdırılıb.
Hakimlərin birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları diqqətdən yayınmayıb. Oonlar UEFA-nın bu qərarından sonra peşman olduqlarını bildiriblər.
Qeyd edək ki, Bartoş Frankovski 2022-ci ildə "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.
Ağarza Elçinoğlu