Ukrayna prezidenti Volodimir Zelenski əcnəbilərin Ukrayna ordusunda komandanlıq vəzifələrində xidmət etməsinə icazə verən qanunu imzalayıb.

"Unikal" xəbər verir ki,  bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bundan əvvəl, oktyabrın 10-da Ali Radanın deputatları əcnəbilərin müqavilə əsasında hərbi xidmət keçməsi qaydası haqqında qanunu təsdiqləmişdilər. Bu, başqa dövlətlərin vətəndaşlarını təkcə sıravi və çavuş kimi deyil, həm də zabit kimi cəlb etməyə imkan verir.