Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib.
"Unikal" xəbər verir ki, XI tur çərçivəsində keçirilən 1-1 hesabı ilə başa çatıb
Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. Qonaqların heyətində Georgi Papunaşvili adını tabloya yazdırıb. Yekun nəticəni isə final fitinə 1 dəqiqə qalmış penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos müəyyənləşdirib.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 21-ə, "Zirə" isə 17-yə çatdırıb.
Günün digər matçı isə "Səbail" və "Sumqayıt" komandaları arasında davam edir.