Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.
"Unikal" xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunan anaya 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Sonradan ananın halı pisləşib və vəfat edib.
Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.
*** 09:50
Sabirabadda ana doğuşdan sonra ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zamanova Zəhra Qara qızı uşaq dünyaya gətirdikdən sonra ölüb, körpə sağ qalıb.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.