Aparıcı Müge Anlınən verilişində oğlunu itirməsi ilə gündəm olan Seyfi Birbir adlı şəxs evində özünü asaraq intihar edib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Sakaryadan olan 51 yaşlı Hacer Çınaroğlu 30 ildir itkin düşən oğulları Sərdarı tapmaq ümidi ilə Müge Anlının verilişinə müraciət edib. Ata Seyfi Birbirin veriliş zamanı ziddiyyətli və tutarsız açıqlamaları hər kəsdə şübhə yaradıb.
30 il əvvəl oğlunu bir ailəyə verdiyini deyən ata Seyfi Birbir sonrakı günlərdə ifadəsini dəyişərək onu İzmit yarmarkasında qoyub getdiyini bildirmiş, daha sonra bu ifadəni də təkzib edərək 15 ildir mütəlif vaxtlarda oğlu ilə görüşdüyünü bildirmişdi. Birbir oğlu ilə canlı yayıma qatılacağını bildirsə də, studiyaya tək gəlməsi həm studiyadakı iştirakçılarda, həm də tamaşaçılarda daha çox şübhə yaradıb. O daha əvvəl də intihara cəhd edərək hotel otağında kəsici alətlə özünə xəsarət yetirmişdi. Lakin həmin vaxt xilas edilən ata xəstəxanadan çıxdıqdan sonra özünü ağacdan asaraq həyatına son qoyub.
Hadisə ilə bağlı araşdırma aparılır.