"Hazırda Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri yoxdur və Tbilisi bu əlaqələri bərpa etmək niyyətində deyil".

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, ölkə “milli maraqlara uyğun” siyasət yürüdür.

Jurnalistin digər xarici siyasət oyunçuları ilə ciddi dialoqun olmamasının Moskva ilə diplomatik münasibətlər qurmaq ehtimalını artırıb-artırmaması ilə bağlı sualını cavablandırarkən Kobaxidze deyib:

"Bağışlayın. Yox, yox, yox. Bununla bağlı heç bir plan yoxdur, çünki ərazinin 10%-i (Abxaziya və Cənubi Osetiya) Rusiya Federasiyası tərəfindən işğal olunub".