İsrail ordusu “Hizbullah” yaraqlılarını, təşkilatın Livanın cənubundakı Bint Cbeil bölgəsindəki artilleriya komandiri Əhməd Cəfər Maatuk və onun xələfini məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Onlar İsrail vətəndaşlarına və İsrail ordusu qoşunlarına qarşı tank əleyhinə raketlərin buraxılması da daxil olmaqla, Bint-Cbeyl ərazisindən çoxsaylı terror hücumlarını idarə edib və həyata keçiriblər", - deyə mətbuat xidməti qeyd edib.