Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasının bazasında yaradılan “Birlik – Milli Hərəkat” siyasi assosiasiyasının üzvləri ölkə parlamentinin işində iştirak etməyəcəklər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə siyasi birliyin rəhbəri Tinatin Bokuçava bildirib. O, “Birlik - Milli Hərəkat”ın respublikada ali qanunvericilik orqanına keçirilən seçkilərin nəticələrini tanımamasına diqqət çəkib. Bu qərar dərhal partiya deputatlarının parlamentin qarşıdan gələn iclaslarını boykot etmək niyyətində olduqlarını ifadə edib.