Yaponiyadan olan bir adam 30 ildir ki, hər gün əriştə yeyir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı Sokusekisai Oyama otuz il ərzində hər gün hazır əriştə dadından həzz alır. Əvvəllər illüstrator və mühəndis kimi çalışmış adam hətta bu yeməyə olan sevgisi naminə karyerasını da atıb.
Oyama son 30 ildə 10 min qab əriştə yediyini iddia edir. Onun bu yeməyə olan sevgisi 1995-ci ildə Yaponiyada aşkar edilib. Kişi qısa zamanda yerli televiziya şoularının diqqətini çəkib və beləliklə, Oyama əriştə yemək sevgisi ilə məşhurlaşıb.
Kişi əmin edir ki, bu, onun sağlamlığına heç bir şəkildə təsir etmir.
Gülayə Mecid