Yaxın vaxtlarda Azərbaycan tərəfi ilə məhbuslar və itkin düşmüş şəxslərlə bağlı görüş gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirib.
"Yaxın vaxtlarda belə bir görüşün təşkil olunması mümkündür. Tarixi açıqlamayacağam, amma çox güman ki, yaxın vaxtlarda komissiyaların tərkibi ilə görüş baş tutsun", - Abazyan deyib.
Ağarza Elçinoğlu