Norveç ABŞ-la 362,9 milyon dollar dəyərində orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.
"Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək", - deyə o bildirib.
Müdafiə naziri həmçinin qeyd edib ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.