Avstriyada mer güllələnərək öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Bildirilir ki, hadisə Kirhberq-ob-der-Donau şəhərində qeydə alınıb. Şəhərin 16 il işləyən meri Frans Hoferlə yanaşı daha bir şəxs də qətlə yetirilib.
Qətllərdə şübhəli bilinən şəxs şəhərin 56 yaşlı sakini Roland Drekslerdir.