Milli Pərakəndə Satış Federasiyası (NRF) amerikalıların bu il Hellouin bayramına 11,6 milyard dollar xərcləyəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu, 2023-cü ildə ABŞ sakinlərinin bayrama xərclədiyi rekord 12,2 milyard dollardan azdır. 

Vaxtilə daha çox uşaqlar arasında populyar olan bayram indi o qədər məşhurlaşıb ki, yüksək tələbat və ictimai həyəcandan sonra mağazalar Hellouin temalı məhsulların çeşidini xeyli genişləndirib.

Bayramın populyarlığından sonra "Spirit Halloween" pop-up mağazalar şəbəkəsi bu mövsüm rekord sayda mağaza açıb. Xüsusilə, amerikalılar evlərinin qarşısındakı qazonlara quraşdırdıqları 3,6 metr hündürlükdə "Skelli" skeletini daha çox almağa başlayıblar.