Ukraynadakı münaqişə Qərb ölkələri üçün arxa plana keçib.

"Unikal" xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İspaniyanın RNE radiostansiyası ilə söhbətində bildirib.

"Biz Ukraynadakı münaqişə haqqında danışacağımız qədər danışmırıq", - deyib. 

Eyni zamanda, Borrell əlavə edib ki, münaqişə “eyni intensivliklə” davam edir. 

Avropa diplomatiyasının rəhbəri ispan jurnalistlərə müsahibəsi zamanı Yaxın Şərqdəki münaqişəyə xüsusi diqqət yetirib. Borrelin sözlərinə görə, regionda baş verənlər insanların “insanlıq hissini itirdiyini” göstərir.

Gülayə Mecid