"Belə cəhdləri çox görmüşük. Bunların iç üzünü də çox yaxşı tanıyırıq. Bu cür qətnamələri qəbul edirdilər, sonra gəlib üzr istəyirdilər. Sonra gedib yenidən eyni qətnamələri qəbul edirdilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

"Biz bilirik ki, bunların məqsədi nədən ibarətdir. Deyirlər biz haqlıyıq, hamı nahaqdır. Bəlkə də dünyanı baş alıb gedən ədalətsizlik davam edərdi. Ancaq Azərbaycan xalqı, əsgəri, Prezident İlham Əliyev elə reallıq yaratdı ki, artıq bunların iç üzü, əsl niyyəti üzə çıxdı. Biz artıq yalnız deyilik. Bundan sonra bizim işimiz birləşmək, siyasətimizi davam etdirməkdir", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev