İran İsrailin hücumundan sonra milli Müdafiə Nazirliyinin büdcəsini artıracaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barəedə İran hökuməti məlumat yayıb.

İran hökumətinin spikeri Fatimə Mohacerani bəyan edib ki, İsrailin İslam Respublikasının hərbi infrastrukturuna hücumuna cavab olaraq, Tehran hərbi nazirliyin büdcəsini ötən illə müqayisədə 200% (yəni üç dəfə) artırmaq qərarına gəlib.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə İranın hərbi büdcəsi 2023-cü illə müqayisədə 20% artaraq 16,4 milyard dollar olub.  

Xatırladaq ki, İsrail oktyabrın 26-na keçən gecə İrana hücum edib. 

Gülayə Mecid