Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

"Bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub", - o qeyd edib.