Yol polisi sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində hərəkətin nizamlanması üçün işlər aparır.

Bu barədə "Unikal"a  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda həmin yolda "Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən yolda təhlükənin qarşısı alınır və hərəkətin nizamlanması üçün işlər görülür.