Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı “ilkin danışıqlar” aparır.

"Unikal" xəbər verir ki,  bu barədə "Financial Times" (FT) nəşri Ukraynanın yüksək rütbəli məmurlarına istinadən məlumat yayıb. 

Bildirilir ki, Kiyev Qətərin vasitəçiliyi ilə avqust ayında razılaşmaya yaxın olan, lakin Ukraynanın Rusiyanın Kursk bölgəsini işğalı nəticəsində relsdən çıxan danışıqları bərpa etməyə çalışır.

"Danışıqların mümkün yenidən başlaması ilə bağlı çox erkən müzakirələr var. Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır", - deyə adı açıqlanmayan diplomat bildirib.  

FT qeyd edir ki, belə bir razılaşma 2022-ci ildə hərbi əməliyyatların başlamasından bəri ən əhəmiyyətli deeskalasiyanı qeyd edəcək. Oktyabrın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, enerji obyektlərinin qorunmasına dair razılaşma Rusiyanın daha geniş sülh danışıqlarında iştirak etməyə hazır olduğuna işarə ola bilər.

Gülayə Mecid