Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi maarifləndirmə işlərinə davam edir.
Bu barədə "Unikal"a qurumun mətbuat katibi Amal Alışarlı məlumat verib.
Onun sözlərinə görə, Agentlik fəaliyyət prinsiplərinin təbliği məqsədilə özünün sosial media hesablarında “Dağ-mədən işləri” adlı yeni rubrikaya start verib.
Sual-cavab formatında tərtib edilən müxtəlif fotolarda dağ-mədən fəaliyyətlərilə məşğul olan sahibkarlara, o cümlədən ictimaiyyətə faydalı məlumatlar çatdırılır. Dağ-mədən sənayesilə bağlı maraqlı mövzuları əhatə edən paylaşımlar Agentliyin Facebook və Linkedin rəsmi hesablarından edilir. Yeni rubrikadan bir neçə nümunəni təqdim edirik: