Almaniya öz ərazisindəki İranın bütün baş konsulluqlarını bağlayır.
"Unikal" xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti yazıb.
Söhbət Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.
Almaniya rəsmiləri bu qərarı terrorçuluqda təqsirləndirilən, İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd barəsində çıxarılan hökmə reaksiya kimi izah ediblər.
Cümə axşamı Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın İrandakı səfiri Markus Potzel və İranın məsləhətləşmələr üzrə müvəqqəti işlər vəkilini geri çağırıb. Onlara kəskin etiraz edilib və “əlavə tədbirlər görmək hüququ” barədə xəbərdarlıq edilib.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Barbok İran məhkəməsini Şarmaxd haqqında hökmü ləğv etməyə və ona “hüququn aliliyinə əsaslanan ədalətli şikayət prosesini” təmin etməyə çağırıb. Lakin İran hakimiyyəti bu tələbi qəbul etməyib. Buna cavab olaraq Almaniya iki iranlı diplomatı ölkədən çıxarıb.
Nuranə Abbasova