İspaniyanın şərqində, xüsusilə də Valensiya bölgəsində təsirli olan sel fəlakətində ölənlərin sayının 158-ə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin hökumətdəki mənbələrə əsaslanaraq məlumat yaylb. KİV bildirib ki, ölənlərin çoxu Valensiyadadır. 

Xəbərdə bir çox insanın hələ də itkin düşdüyü və ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqların olduğu da vurğulanıb.

Müdafiə Nazirliyi hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işlərində 1064 əsgərin iştirak etdiyini və itkilərin sayının kifayət qədər yüksək olduğunu açıqlayıb.

İspaniya Dövlət Meteorologiya İnstitutu (AEMET) Valensiyaya yağan yağışları "əsrin ən pis dövrü" olaraq xarakterizə edərək, "Bir ildə yağan yağış cəmi 8 saatda baş verib" deyib.

Gülayə Mecid