Bakıda şagirdi məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən salladılar.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın 266 saylı tam orta məktəbində yaşanıb.

Şagird başına gələnlərdən sonra bu barədə müəllimlərinə məlumat verib.

Valideynin isə sözlərinə görə, bu məsələdə adı hallanan 2 uşaq dəfələrlə digər sinif yoldaşlarına qarşıda anormal davranış sərgiləyiblər.

Baş verən hadisə ilə bağlı 266 saylı məktəbdən mövqe bildirilib.