ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərəcək.

"Unikal" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.

Bildirilib ki, məqsəd Yaxın Şərqdəki ABŞ vətəndaşlarını qorumaq və İsrailin müdafiə qabilliyyətini artırmaqdır.