İspaniyanın nəqliyyat naziri Oskar Puente ölkədə güclü daşqınlara səbəb olan fırtınanın yaratdığı fəlakətin miqyasının krallıq tarixində misli görünmədiyini bildirib.
"Unikal" xəbər verir ki, nazir “El Pais” qəzetinə müsahibəsində bu fəlakətin ölkə tarixində misli görünməmiş hadisə olduğunu deyib. Onun sözlərinə görə, təbii fəlakətdən bütün Valensiya əyaləti zərər çəkib.
Puente ümid etdiyini bildirib ki, maksimum iki həftə ərzində Madrid və Valensiya arasındakı sürətli qatar xəttində hərəkəti bərpa etmək mümkün olacaq.
Son məlumata görə, Valensiyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, itkin düşənlərin axtarışı hələ də davam edir.