Boliviyada yolları bağlayan eks-prezident Evo Moralesin tərəfdarları ilə toqquşmalarda 90-dan çox polis əməkdaşı yaralanıb.
"Unikal" xəbər verir ki, bunu Boliviyanın daxili işlər naziri Karlos del Kastillo "Boliviya TV"yə açıqlamasında deyib.
"Təəssüf ki, 21 gün ərzində 92 polis əməkdaşı yaralanıb. Sonuncu əməliyyat zamanı 44 polis əməkdaşı yaralanıb", - kanal onun sözlərindən sitat gətirib.
Nazir onu da qeyd edib ki, asayişin qorunmasına ümumilikdə 11 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.
Ayrılıqda ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, aksiyaları işıqlandırarkən 35 jurnalist hücuma məruz qalıb. Bu günə kimi ümumilikdə 164 nəfər saxlanılıb.
Gülayə Mecid