Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən Dixville Notch şəhərinin sakinləri 1960-cı ildən formalaşan ənənəyə uyğun olaraq, ABŞ-də ilk dəfə olaraq burada seçki məntəqəsi açılan prezident seçkilərində ilk olaraq səs verib.
"Unikal" xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, səsvermə başlayandan cəmi bir neçə dəqiqə sonra başa çatıb, çünki orada cəmi altı seçici var. Respublikaçı namizəd Donald Tramp və onun rəqibi Kamala Harris bərabər sayda – hərəyə üç səs toplayıb.
Dixville Notchdə səsvermə yerli vaxtla saat 0:00-da başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən şəhərdəki Balsams Hoteldir.
Məhz orada "The Balsams Hotel" 1960-cı ildə gecə yarısı səsvermə təşkil edib. Müvafiq qərar səsvermənin nəticələrini tez əldə etməyə imkan verib. O vaxtdan bəri, Dixville Notch ABŞ-də seçkilərin ilk nəticələrini göstərən bölgə kimi tanınır.
Gülayə Mecid