Neftçala rayonunda şəhər, qəsəbə və kəndlər arasında futbol birinciliyinin final görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” həsr olunan RİH-i başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinin final görüşü keçirilib.
Final görüşündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak edib.
Final mərhələsində Sarıqamış FK və Bankə FK qarşılaşıb. Bankə FK komandası qalib gələrək birinci yerin qalibi olub. 2-ci yerin qalibi Sarıqamış FK və 3-cü yerin sahibi Həsnəbad FK olub. Qalib komandalar fəxri fərmanlar və medallarla təltif olunublar, sonda komandalarla xatirə fotosu çəkilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından qalib komandalara uğurlar arzulanıb.