Rusiya oktyabrda Türkiyədə keçirilən nazirlərin görüşündən sonra Cənubi Qafqazla bağlı “3+3” formatının işinin daha da aktivləşəcəyini gözləyir. 

"Unikal" xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən 12-ci iclası zamanı deyib.

"Cənubi Qafqazda biz “3+3” regional məsləhət platformasının gücləndirilməsi üçün əlimizdən gələni etmişik və edirik. Biz gözləyirik ki, nazirlərin görüşündən sonra bu mexanizmin işi aktivləşəcək", - deyə o bildirib.

Xatırladaq ki, “3+3” konsaltinq platformasının ilk sessiyası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Həmin vaxt sessiyada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri iştirak edirdi. Gürcüstan isə iştirakdan imtina edib. 

Platformanın ikinci sessiyası (xarici işlər nazirləri səviyyəsində) 2023-cü ilin oktyabrında İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan ikinci sessiyada da iştirak etməyib.

“3+3” formatında 3-cü sessiya İstanbulda təşkil olunub. Gürcüstan bu dəfə də müzakirələrə qatılmayıb. 

Ağarza Elçinoğlu