Xəbər verdiyimiz kimi, Prezident 5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verib.
"Unikal"ın məlumatına görə, onlardan biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini Azər Aydın oğlu Məmmədovdur.
Azər Məmmədov
General rütbəsi verilən Gündüz Əliş oğlu Əbdülov isə Azərbaycan Milli Müdafiə Universitetinin rektorudur. O, bundan əvvəl TƏBİB-in Aparat rəhbəri, daha sonra isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifələrində çalışıb.
Gündüz Əbdülov
Digər ali hərbi rütbə verilən hərbçimiz, Ələkbər Məhəmməd oğlu Cahangirov isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.
Ələkbər Cahangirov
General-mayor ali hərbi rütbəsi verilən digər polkovnik Azər Əlövsət oğlu Qasımov da Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. O, İkinci Qarabağ müharibəsində iştirak edib.
Adıçəkilən şəxslərlə yanaşı, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.
Hazırladı: Murad İbrahimli