Rusiyanın Çelyabinsk vilayətində 22 yaşlı boksçu Georgi Oqolixin məşq zamanı vəfat edib.

"Unikal" yerli mətbuata istinadən xəbər verir ki, o, Rusiyanın əməkdar məşqçisi Vladimir Roşçenkonun tələbəsi olub.

Çelyabinsk Vilayətinin Boks Federasiyası dəri əlcək ustasının tibbi icazəsinin və boksla məşğul olmaq üçün sertifikatının olduğunu açıqlayıb.

Qeyd edək ki, məlum hadisədən sonra G. Oqolixinin məşqçisi müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.