Türkiyəli model Ebru Şallı ilə həyat yoldaşı Uğur Akkuş boşanır.

"Unikal" xəbər verir ki, onlar 7 illik evliliklərini bitirmək qərarı alıblar. 

Bu barədə açıqlama yayan Uğur boşanma səbəbinə belə aydınlıq gətirib:

"Tək səbəbi xoşbəxt olmamağımdır. Sən demə hər şey maddiyyət və pul imiş. Xoşbəxt bir həyat yaşamağa qərar verdiyim üçün boşanıram".

Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub. Aparıcının 10 yaşlı oğlu Pars limfa vəzində aşkarlanan xərçəngdən əziyyət çəkirdi. O, 2020-ci ilin aprelində xəstəxanada vəfat edib.