Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağköynək kəndi ərazisində məişət tullantılarını urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyatı şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.