Azərbaycanlı gənc müğənni Mansur Samed vəfat edib.
"Unikal" xəbər verir ki, bu haqda mərhumun dostları sosial şəbəkədə yazıblar. Onun bu gün dünyasını dəyişdiyi vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl beyninə qan sızan ifaçı reanimasiyaya yerləşdirilmişdi.