Türkiyənin Mardin şəhərində kilsədə bir qrup şəxs yoqa meditasiyası ilə məşğul olub.

"Unikal" xəbər verir ki,  qrup meditasiya sessiyası Mardindəki Mor Yuhanun Süryani Kilsəsində baş tutub. Yoqa üzrə təlimatçı Seda Deliormanlının təşkil etdiyi sessiyaya kilsə icmasının üzvləri reaksiya verib. Yoqa müəllimi Seda Deliormanlı reaksiyalardan sonra paylaşımında üzr istəyib.