Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya seçməsi ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı finlandiyalı baş hakim İfeoma Kulmala idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrə kollektivinə məğlub olub.