Finlandiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi dövründə Cənubi Qafqaz prioritet olacaq.

"Unikal" xəbər verir ki, bu barədə barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Biz Ermənistan və Aİ arasında münasibətləri gücləndirmək əzmimizlə yanaşı, demokratik islahatlara sadiqliyimizi vurğuladıq. Cənubi Qafqaz bizim ATƏT-ə sədrliyimizin prioritetinə çevriləcək. Konstruktiv müzakirələr davam edəcək", - XİN rəhbəri Bakı ilə İrəvan arasında dialoqun qurulması üçün mümkün vasitəçiliyə eyham vurub. 

Ağarza Elçinoğlu