Moskvanın Preobrajenski məhkəməsi Rusiyanın tanınmış vəkili Valeri Kononovu xuliqanlıq və quldurluq ittihamı ilə həbs edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Müstəntiqlərin fikrincə, Kononov heç bir səbəb olmadan ictimai nəqliyyatda tanımadığı kişini döyüb. Bundan sonra o, ərzaq mağazasına yollanıb. O, bıçağı çıxararaq kassirdən pul verməsini tələb edib. Bundan sonra vəkil kassanı açmağa çalışsa da, işçilər ona imkan verməyiblər və polis çağırılıb.