"Eras Tour" adlı konsert turunu 39 milyon dollar gəlirlə davam etdirən Taylor Svift pərəstişkarlarını sevindirəcək bir təşəbbüsə əl atıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Svift milyonlarla dollar gəlir gətirən konsert turu zamanı yaşadıqları haqqında bir kitab yazıb.
Müğənninin pərəstişkarları kitabı almaq üçün mağazalara axışıblar. Kitabın satışa çıxarıldığı mağaza “Swiftly Told” adlı kitabın günün ən çox satılan məhsulu olduğunu açıqlayıb.
Kitabda Sviftin albomlarının xüsusi vinil nəşrləri və onun konsertdə yaşadığı hadisələr yer alıb.