Heydər Əliyev Sarayında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib.

"Unikal" xəbər verir ki. filmin quruluşcu rejissoru Məcid Güvən Heydər Əliyev Fonduna  və xüsusilə Prezidentin köməkçisi Anar Ələkbərova yaradılan imkanlara görə təşəkkür edib. 

*** 20:36

Heydər Əliyev Sarayında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilir.

"Unikal" xəbər verir ki, təqdimatda filmin yaradıcı heyəti və tanınmış ictimai xadimlər iştirak ediblər. 

Qeyd edək ki, filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi və Mehriban Zəki canlandırıb. Quruluşçu rejissoru Məcid Güvəndir.

2 seriyalı film Atabəylərin tarixindən, müdrik idarəçiliyindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha dərindən anlamaq üçün bu film bədii-sənədli janrda çəkilib.

FOTO: Ayxan Malikov