Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Belə ki, şəhər sakini 61 yaşlı Nəsimi Məmmədov 36 yaşlı Tural Rəhimovun başına və gözünə bıçaqla yüngül xəsarət yetirib. T.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ehtiram Muradov