Rusiya Prezidenti Vladimir Putinin ənənəvi geniş mətbuat konfransı və “Birbaşa xətt” birləşdirilmiş formatda dekabrın 19-da keçiriləcək.

"Unikal" xəbər verir ki, bu  barədə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  jurnalistlərə açıqlamasında deyib. 

O izah edib ki, birbaşa xəttlə eyni vaxtda prezidentin illik geniş mətbuat konfransı keçiriləcək və bu konfransa xarici media da dəvət olunacaq.