Xəbər verdiyimiz kimi, Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Tehrana qaçıb.
"Unikal" xəbər verir ki, Əsəd tərəfdarı olan Sama TV məlumatı təsdiqləyib.
Kanal Bəşər Əsədin İran rəsmiləri ilə Suriyadakı son hərbi hadisələri müzakirə etmək üçün Tehrana rəsmi səfərə getdiyini bildirib.
***22:30
Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyanı tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Onun ölkəni tərk etdiyini beynəlxalq ərəb jurnalisti Qasan İbrahim rəsmi təsdiqlənmiş kimi açıqlayıb.
Əsədin İrana qaçdığı deyilir.
Ağarza Elçinoğlu