Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 50 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, tədqiqatçı-alim bu gün 88 yaşında vəfat edib. 

Mahmud Mahmudov 1936-cı ildə Salyanda dünyaya göz açıb. 

1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyib. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişib. O, “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edib.