Müğənni Teylor Svift işçilərinin bonusları üçün 197 milyon dollar ayırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müğənni yanında çalışan bütün işçilər üçün məbləğ ayırıb. Bonus yük maşını sürücüləri, alət texnikləri, ticarət qrupu, işıqlandırma və səs avadanlıqlarına xidmət göstərən şəxslər, köməkçilər, rəqqaslar, musiqiçilər, mühafizəçilər, xoreoqraflar, pirotexniklər, vizajistlər, geyim dizaynerləri, fizioterapevtlər və başqalarına veriləcək.