Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarovun vaxtından əvvəl azadlığa buraxılması haqda ərizəyə baxılması ilə bağlı məhkəmə təxirə salınıb.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün keçirilməli olan prosesin nəticəsində Ramiz Tatarovun sərbəst buraxılacağı gözlənilirdi.
Prosesin yaxın günlərdə Nizami Rayon Məhkəməsində keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.