Ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N. Əliyeva ilə bağlı TƏBİB açıqlama verib. 

"Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona ürək və tənəffüs çatmamazlığı diaqnozu qoyulub.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Xəlil Əliyev