"Rusiya sülh danışıqlarından heç vaxt imtina etməyib və 2022-ci il İstanbul razılaşmaları əsasında danışıqları bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın mümkün Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı təkliflərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Budapeştin təklifindən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya tərəfinin əsirlərin dəyişdirilməsi ilə bağlı təkliflərini Macarıstanın Moskvadakı səfirliyinə göndərib.

"Lakin Zelenskinin sosial şəbəkələrdə, eləcə də onun ətrafındakıların reaksiyasına əsasən, Ukrayna tərəfi Macarıstanın baş naziri Viktor Orbanın bütün təkliflərini rədd etdi", - Kreml sözçüsü bildirib.

Peskov aydınlıq gətirib ki, sülhün bərqərar olması ilə bağlı məsləhətləşmələr davam edəcək. Rusiya Macarıstanın baş nazirinin sülh yolu ilə nizamlanmasına və əsirlərin mübadiləsi ilə bağlı humanitar məsələlərin həllinə yönəlmiş səylərini tam dəstəkləyir.

Gülayə Mecid